Neft sektorunda azalma
15 may 2013 14:38 (UTC +04:00)

Neft sektorunda azalma

Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-aprel aylarında sənayenin işi haqqında  məlumat yayıb. Qurumdan Lent. az-a verilən məlumata görə, ölkənin sənaye sahələrində yanvar-aprel aylarında 11,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,8 faiz artım, neft sektorunda 1,5 faiz azalma müşahidə olunub.

İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,3 faizi emal, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Dörd ay ərzində 14,3 milyon ton neft, 5,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar