İstehsal 32.3 milyard manata çatdı- STATİSTİKA
15 avqust 2013 17:06 (UTC +04:00)

İstehsal 32.3 milyard manata çatdı- STATİSTİKA

Bu ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı 32.3 milyard manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.  ÜDM-in 63.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 47.7 faizi sənayedə, 10.8 faizi inşaat kompleksində, 5.3 faizi kənd təsərrüfatında yaradılib. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 29.7 faiz, o cümlədən nəqliyyatda 5.6 faiz, ticarət və pullu xidmətdə 9.6 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 12.8 faiz təşkil etmişdir. ÜDM-in 6.5 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3484.7 manat təşkil edərək 3.7 faiz artıb.

Ümumi daxili məhsulun tərkibində ən böyük paya malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 19.6 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz artıb. Məhsulun 74.2 faizi mədənçıxarma bölməsində, 19.9 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar