ARDNŞ: İxtisarlar gözlənilmir
11 dekabr 2014 13:38 (UTC +04:00)

ARDNŞ: İxtisarlar gözlənilmir

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) son zamanlar dünya bazarında neftin qiymətinin kəskin enməsi ilə bağlı şirkətdə ixtisarların olub-olmayacağına münasibət bildirib.

 

ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “APA-Economics”ə bildirib ki, şirkət heç bir ixtisara əl atmaq niyyətində deyil.

 

Xatırladaq ki, Böyük Britaniyanın neft-qaz nəhəngi olan BP-nin baş icraçı direktoru Bob Dadli yerli “Guardian” qəzetinə açıqlamasında bildirib ki, neftin kəskin ucuzlaşması ilə bağlı şirkət gələn il məcburi ixtisarlar edəcək. İxtisarlar şirkətin Azərbaycandakı nümayəndəliyini də əhatə edəcək. B. Dadlinin sözlərinə görə, şirkət ixtisarlara 1 mlrd. dollar xərcləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar