Elektron siqaretlər bahalaşır
24 iyul 2024 13:32 (UTC +04:00)

Elektron siqaretlər bahalaşır

Aksiz dərəcəsi alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları, 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.

Lent.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Aksiz dərəcəsi birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilər üçün 1 ədəd üçün 0,25 manatdan 2 manata qaldırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Oxşar yazılar