Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
25 iyul 2024 14:34 (UTC +04:00)

Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI

Dünəndən bəri ən çox danışılan mövzulardan biri də siqaretlərin bahalaşmasıdır. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdən sonra siqaret çəkənlərin kefi pozuldu. 

Maraqlıdır, görəsən, siqaret qiymətlərinin bahalaşmasına səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, siqaretlərin aksiz markalarının artırılması məhsulu alan şəxslərin xərcini artacaq.

Onun sözlərinə görə, hökumət də daha çox vergi toplamış olacaq:

“Məsələn aksiz vergisi 2 manat artıbsa, elektron siqaretin də qiyməti eyni miqdarda artacaq. Vətəndaş cibindən 2 manat artıq pul ödəmiş olacaq. Dövlət büdcəsinin aksiz vergisindən gələn gəlirləri artmış olacaq. Başqa ciddi dəyişiklik olmayacaq. Aksiz vergisi hər il davamlı olaraq artır. Xaricə satılan neft və qaz resurslarının qiymətində ucuzlaşma var, neft hasilatı azalır. Hökumət də bu halları kompensasiya etmək üçün yəqin ki, vergiləri artırır. Burada da cəmiyyətin mənfi reaksiya göstərməyəcəyi sahələr spirtli içkilər və tütün məhsullarının aksiz vergilərinin artırılmasıdır. Bunu da onunla əsaslandırırlar ki, bu zərərli istehlakdır. Bundan əlavə ilin əvvəlində qüvvəyə minən qanuna görə, yerli tütün istehsalına lisenziya verilmə şərtləri, istehsalda yerli xammaldan istifadə kimi məhdudlaşdırıcı addımlar da atılıb. Düşünürəm ki, bunların hamısı siqaretlərin qiymətini daha da artıracaq. Bu cür məhdudlaşdırıcı addımlar sonda istehlakçıların ziyanına işləyən amildir”.

Qeyd edək ki, yeni dəyişikliyə əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər tərkibində tütün əvəzləyicisi olan siqaretlər üçün 1000 ədəd üçün 46,5 manatdan 53,5 manata qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4371
avatar

Arzu Qurbanlı

Oxşar yazılar