HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 11:18 (UTC +04:00)

HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi

Müxtəlif qulaqlıq modelləri ilə zəngin müasir dünyada, yalnız bir neçə model keyfiyyəti və funksionallığı ilə önə çıxa bilir. Yenilikçi yanaşması ilə tanınan Huawei şirkəti, münasib qiymət aralığındakı simsiz qulaqlıq seqmentində əsl cığır açmağı vəd edən ən son töhfəsi HUAWEI FreeBuds 6i-nı təqdim edir.

HUAWEI FreeBuds 6i Kimlərə Uyğundur?

HUAWEI FreeBuds 6i yüksək səs keyfiyyətini və effektiv kənar səs önləmə funksiyanı qiymətləndirənlər üçün ideal seçimdir. Bu TWS (True Wireless Stereo) qulaqlıqları:

  • Zəngin bas və təmiz yüksək tezliklər axtaran musiqi sevərlər.
  • Müxtəlif şəraitdə effektiv kənar səs azaldıcıya ehtiyacı olan istifadəçilər.
  • Lazımsız xüsusiyyətlər üçün artıq ödəmə etmədən yüksək keyfiyyətli qulaqlıq almaq istəyən hər kəs üçün əvəzedilməz olacaqdır.

HUAWEI FreeBuds 6i-in Əsas Üstünlükləri

  • Dinamik Kənar Səs Ləğvi (ANC): Dynamic Intelligence ANC 3.0 kənar səs ləğvi texnologiyası ilə FreeBuds 6i, fərqli akustik ssenarilərə uyğunlaşaraq üstün kənar səs ləğvini təmin edir.
  • Yüksək səs keyfiyyəti:  11 mm-lik dördlü manqetik dinamik drayverlər güclü bas və aydın yüksək tezliklərə zəmanət verir.
  • İstifadə Rahatlığı: Sensorlu jestlər idarəetməni intuitiv olaraq anlayışlı və rahat edir.
  • Kompaktlıq və yüngüllük: Qulaqlıqlar yüngüldür və uzun müddətli istifadə üçün rahatdır (hər qulaqlıq yalnızca 5,4 qram ağırlığındadır) və şarj keysi 35 saata qədər şarj ömrü təmin edir (keyssiz 8 saat).

IP54 qoruma: Toz və suya davamlılığı sayəsində aktiv həyat tərzi üçün uyğundur.

Texniki Xüsusiyyətlər və Dizayn

HUAWEI FreeBuds 6i yalnız funksionallığı ilə deyil, dizaynı ilə də fərqlənir. Şarj qutusu oval formalı və yığcam ölçülüdür ki, bu da onu daşımağı asanlaşdırır. Qulaqlıqlar üç rəngdə təqdim olunur: ağ, bənövşəyi və qara. Bu isə sizə ən uyğun üslubu seçməyə imkan verir.

Texniki xüsusiyyətlərə sabit və sürətli bir əlaqə təmin edən Bluetooth 5.3 dəstəyi daxildir. Dinamik ekvalayzer səsi avtomatik olaraq mövcud mühitə uyğunlaşdırır və LDAC kodeki yüksək keyfiyyətli səs ötürülməsini təmin edir.

 

Nəticə

HUAWEI FreeBuds 6i, qabaqcıl texnologiyanı, yüksək səs keyfiyyətini və rahat istifadəni birləşdirən, və bütün bunları cəlbedici qiymətə təqdim edən bir məhsuldur. Əla səsdən savayı rahatlıq və funksionallıq təmin edən qulaqlıq axtaranlar üçün HUAWEI FreeBuds 6i mükəmməl seçim olacaqdır.

Bu qulaqlıqlar artıq satışdadır və siz onları elektronika mağazalarından əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar