Gürcüstanda miqrantlar SAXLANILDI:  azərbaycanlılar da var - VİDEO
12 sentyabr 2026 14:10 (UTC +04:00)

Gürcüstanda miqrantlar SAXLANILDI: azərbaycanlılar da var - VİDEO

0

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları kompleks tədbirləri nəticəsində 59 qanunsuz miqrant saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var.

Xüsusi miqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları konkret ünvanları və müxtəlif təyinatlı obyektləri yoxlayıblar. Tədbirlərin məqsədi Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının müəyyən edilməsi olub.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan Qanununun tələblərini pozmaqla yaşadıqları müəyyən edilib.

Saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə aparılıblar. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir.

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən indiyədək Miqrasiya Departamentinin əməkdaşları 160 xüsusi miqrasiya nəzarəti tədbiri keçiriblər.

Bu tədbirlər çərçivəsində ümumilikdə 18 min xarici ölkə vətəndaşı yoxlanılıb. Aşkarlanan 1000 qanunsuz miqrant isə artıq Gürcüstandan deportasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar