Bakıda tez-tez qayda pozan  motosikletçi həbs olundu
12 sentyabr 2026 16:09 (UTC +04:00)

Bakıda tez-tez qayda pozan motosikletçi həbs olundu

0

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb.

İdarədən Lent.az-a bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar