Maşın oğrusu onu tez saxlayan polislərə təşəkkür etdi
12 sentyabr 2026 15:21 (UTC +04:00)

Maşın oğrusu onu tez saxlayan polislərə təşəkkür etdi

0

Rusiyanın Vladimir şəhərində Dövlət Yol Polisi əməkdaşları “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 24 yaşlı yerli sakini isti izlərlə saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avtomobil sahibinin nəqliyyat vasitəsini nəzarətsiz qoymasından sonra baş verib. Üstəlik, avtomobilin açarı da üzərində qalıb.

Avtomobil sahibi maşının yoxa çıxması barədə polisə məlumat verib. Bir neçə saat sonra yol-patrul xidməti əməkdaşları axtarışda olan avtomobilin təsvirinə uyğun “Niva”nı saxlayıblar. Sükan arxasında olan şəxsin xarici əlamətlərinə görə sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

Yoxlama zamanı 24 yaşlı gəncin sürücülük vəsiqəsinin də olmadığı üzə çıxıb. Dindirilmə zamanı saxlanılan şəxs əməli alkoqolun təsiri altında törətdiyini bildirib. Onun sözlərinə görə, küçədə qapısı açıq avtomobil görüb və həmin maşınla gəzmək qərarına gəlib.

“Yaxşı ki, yol polisi əməkdaşları məni tez tapıb saxladılar. Heç kimi vurmadım, maşını da əzmədim”, – deyə saxlanılan şəxs polis əməkdaşlarına bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar