Misir Mərdanovdan həmin müsahibəni qalmaqala çevirənlərə  CAVAB
12 sentyabr 2026 14:22 (UTC +04:00)

Misir Mərdanovdan həmin müsahibəni qalmaqala çevirənlərə CAVAB

0

Keçmiş təhsil naziri Misir Mərdanovun bir neçə gün əvvəl verdiyi müsahibə qalmaqala çevrilib. Onun təhsillə bağlı fikirləri sonradan sosial şəbəkələrdə ayrı cür təhrif olunub. Belə ki, bəziləri Misir Mərdanovun bu mövzuda dediyi sözlərin Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə ünvanlandığını iddia ediblər.

Yaranmış qalmaqalla bağlı Lent.az-a danışan Misir Mərdanov deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:

"Bir neçə gün əvvəl “Pozan Media TV”dən mənimlə əlaqə saxlayaraq müsahibə verməyimi xahiş etdilər. Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.

Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir.

Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar