Güclü El-Ninyo hadisəsinin Qalapaqos adalarının unikal ekosisteminə ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.
Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Dəniz suyunun istiləşməsi plankton və kiçik balıqların azalmasına gətirib çıxara bilər. Bu isə qida zəncirinin yuxarı hissəsində olan canlılara birbaşa təsir göstərir.
Xüsusilə Qalapaqos pinqvinləri, dəniz iquanaları və dəniz şirləri risk altında olan növlər sırasında göstərilir. Alimlər yaxın aylardakı okean temperaturunu diqqətlə izləyirlər.