Qalmazdakı quyuların sayı artdı
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi “Qalmaz” yatağında 2 yeni quyu qazaraq təhvil verib.
1770 metr dərinliyi olan 338 və 1840 metr dərinliyə malik 339 nömrəli quyuların hər biri məhsuldar qatın II horizontuna qazılıb. Bundan başqa, “Qobustan” KQİİ yataqdakı 340 nömrəli quyuda da qazma işlərini başa çatdırıb. Quyuda 1723-1677 metr intervalında perforasiya işləri aparılıb. Mənimsəmə işləri görülür.
Qeyd edək ki, hazırda yeraltı qazsaxlama anbarı kimi istifadə olunan “Qalmaz” yatağının istismar fondunda 109 quyu vardır ki, bunun da 99-u işlək quyu fonduna aiddir. 4 quyuda əsaslı təmir, 3 quyuda mənimsəmə işləri aparılır, 3 quyu isə təmir gözləyir.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18