Torpaq qanunvericiliyini pozanların işi məhkəmədə
İndiyədək Azərbaycanda 7 min 14 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib.
Lent.az-ın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, pozuntu halları həm dövlət, həm bələdiyyə, həm də xüsusi mülkiyyətdə olan torpaqlar üzrə qeydə alınıb.
Komitə sədri deyib ki, pozuntuların 82-si vəzifəli, 310-u hüquqi, 6 min 687-si isə fiziki şəxslər tərəfindən törədilib. Bunlardan 4 039-u xəbərdarlıq edilməklə aradan qaldırılıb, 3065 hal isə protokollaşdırılıb və təqsirkarlar 11 0258 manat cərimələnib. Onun sözlərinə görə, cərimələrin 45 min 331 manatı ödənilib. 66 min 457 manat həcmində ödənilməmiş cərimələrlə bağlı sənədlər isə müvafiq tədbirlərin görülməsi üçün məhkəməyə göndərilib.
Qərib Məmmədov bildirib ki, bu ilin 9 ayında ölkə üzrə 1039 torpaq qanunvericiliyinin pozulması halı qeydə alınıb. Bu pozuntular üzrə təyin edilmiş cərimələrin 28 min manatı ödənmədiyindən pozuntuya yol verənlərin sənədləri məhkəməyə təqdim olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20