Elman Rüstəmov: “İpoteka kreditləşməsinə ayrılan vəsait tələbatı ödəmir”
11 oktyabr 2010 14:54 (UTC +04:00)

Elman Rüstəmov: “İpoteka kreditləşməsinə ayrılan vəsait tələbatı ödəmir”

Həm də sosial ipotekanın tətbiq olunduğu çevrə olduqca əhəmiyyətlidir. Bununla belə, həmi sosial, həm də adi ipotekada əhəmiyyətli artım yoxdur”.

Lent.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, Azərbaycanın mənzil bazarında təklif tələbdən yüksəkdir: “Çünki əhalinin özünün də mənzilə tələbi var. Lakin heç bir dövlətdə əhalinin mənzilə tələbatı tam ödənilmir”.

Mərkəzi Bankın sədri deyib ki, Azərbaycanda kommersiya şərtləri əsasında verilən adi ipoteka tam bazar alətləri vasitəsilə daxili bazardan cəlb edilir. Sosial ipoteka isə büdcədən ayrılan vəsaitlər hesabına maliyyələşir: “Sosial ipotekanın şərtləri daha sadədir. Ancaq mən kommersiya ipotekasının şərtlərinin həddindən artıq ağır olması fikri ilə də razı deyiləm. Bunun faizləri mövcud bazar faizlərindən ən azı iki dəfə aşağıdır”.

Elman Rüstəmov vurğulayıb ki, sosial ipoteka üçün büdcədən ayrılan 12-14 milyon manat aztəminatlı ailələrin mənzil kreditlərinin maliyyələşməsi üçün yetərli deyil. Onun sözlərinə görə, 2011-ci il büdcəsində müxtəlif sahələrə artımlar minimal səviyyədədir: “Həmçinin sosial ipotekaya ayrılan kreditlər də bütövlükdə büdcənin ümumi artımı kontekstində müəyyənləşdirilib. Bu, məntiqi addımdır, əgər büdcə bir neçə faiz artırsa, sosial ipoteka üçün vəsaitlərin dəfələrlə artırılması məncə, düzgün olmazdı”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar