Bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bu virusla mübarizə şəraitində gecə-gündüz demədən çalışan, ictimaiyyəti operativ və obyektiv xəbərlərlə təmin edən jurnalistlərin əməyini xüsusi vurğulamaq lazımdır. “Azersun Holdinq” xalqımız və dövlətimiz üçün kifayət qədər həssas olan indiki şəraitdə, Milli Mətbuatımızın 145-ci ildönümündə səfərbər olaraq, cəmiyyəti doğru-dürüst məlumatlarla təmin edən jurnalistlərə dərin minnətdarlığını bildirir, daim iş başında olan media nümayəndələrini alqışlayır.
Siz də alqışlayın! Biz, birlikdə güclüyük!