“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə Fransa yığmasının baş məşqçisi qismində futbola qayıdacaq.
Lent.az xəbər verir ki, Fransa Futbol Federasiyası artıq onunla prinsipial razılığa gəlib.
Hazırki baş məşqçi Didye Deşam 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər komandada işləyəcək. Turnir başa çatdıqdan sonra o, vəzifəsini tərk edəcək və yerini Zidana verəcək.
Həmçinin bildirilir ki, Zidan məşqçi karyerasındakı fasilə zamanı müxtəlif klublardan gələn bir sıra təklifləri rədd edib, çünki yalnız Fransa yığmasında işləməyə köklənib.
“Real”ın baş məşqçisi kimi o, bir sıra titullar qazanıb, o cümlədən ardıcıl üç Çempionlar Liqası kuboku.