Premyer Liqanın 10-cu türkü
03 mart 2018 20:06 (UTC +04:00)

Premyer Liqanın 10-cu türkü

İngiltərə Premyer Liqasının 29-cu turunda səfərdə “Bernli” ilə qarşılaşan “Everton” 1:2 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, matçda liverpulluların yeganə Cenk Tosun imza atıb.

 

Qış “transfer pəncərəsi” zamanı “Beşiktaş”dan transfer edilən hücumçu bununla da Premyer Liqada qol sevinci yaşayan 10-cu türk oyunçu olub.

 

Qeyd edək ki, İngiltərə çempionatında ən fərqlənən oyunçu “Lester”dəki çıxışı ilə məşhurlaşmış Mustafa Kamal İzzət olub. O, 34 dəfə rəqib qapıçıları məyus edib. “Midlsbro”da oynamış Tuncay Şanlı 20, “Blekbörn”ün kapitanı olmuş Tuqay Kərimoğlunun aktivində isə 10 qol var.

 

İngiltərə Premyer Liqasında qol vurmuş türk oyunçular

 

1. Mustafa Kamal İzzət – 34 qol

 

2. Tuncay Şanlı – 20

 

3. Tuqay Kərimoğlu – 10

 

4. Emre Belözoğlu – 5

 

5. Hakan Şükür – 2

 

6. Nuri Şahin – 1

 

7. Kolin Kazım-Riçards – 1

 

8. Cem Karacan – 1

 

9. Alpay – 1

 

10. Cenk Tosun – 1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar