"Bəxtimiz gətirdi ki, 10 futbolçu ilə qaldınız" - YENİLƏNİB
26 mart 2013 23:46 (UTC +04:00)

"Bəxtimiz gətirdi ki, 10 futbolçu ilə qaldınız" - YENİLƏNİB

Azərbaycanlı jurnalistlər futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentunun mətbuat konfransını boykot ediblər. Lent.az-ın məlumatına görə, bu, Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra baş verib.


Səbəb kimi Bentunun oyundan öncə və sonra ilk sualları portuqaliyalı jurnalistlərin verməsini istəməsi və həmin sualların tərcümə olunmaması göstərilib. Bunun səbəbi kimi Portuqaliyaya mətbuat konfransının canlı yayımlanması qeyd olunub. Jurnalistlərin “Nəyə görə belə edirsiniz?” sualına isə Bentu “Mən oyunla bağlı suallar verin” deyib.

Baş məşqçi portuqaliyalı jurnalistlərin suallarını cavablandırdıqdan sonra sözləri tərcümə olunmağa başlayıb. O deyib: “Əvvəlcədən 2 hücumçu ilə oynamağı planlaşdırmışdıq. Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Bəxtimiz gətirdi ki, rəqib 10 oyunçu ilə qaldı. Bu, hakimin qərarı idi. Hakimin qərarını şərh edə bilmərəm”.

Bentunun daha bir hörmətsizliyi isə daha bir sualın verilməsini gözləmədən mətbuat konfransı zalını tərk etməsi olub.

***

23.35

Azərbaycanlı jurnalistlər futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentunun mətbuat konfransını boykot ediblər. Lent.az-ın məlumatına görə, bu, Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra baş verib.


Səbəb kimi Bentunun oyundan öncə və sonra ilk sualları portuqaliyalı jurnalistlərin verməsini istəməsi və həmin sualların tərcümə olunmaması göstərilib.
 
# 3776
avatar

Oxşar yazılar