Avropa Oyunlarında orta tamaşaçı iştirakı 81 faiz olub
23 iyun 2015 11:15 (UTC +04:00)

Avropa Oyunlarında orta tamaşaçı iştirakı 81 faiz olub

 

“Dünən 7 idman növü üzrə yarış başa çatıb. 19 mindən çox tamaşaçı gimnastikanın müxtəlif növlərində iştirak edib”. Lent.az-ın apasport.az saytına istinadən xəbərinə görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

 

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənin yekunları və bu günün planları ilə bağlı məlumat verib: “7 müxtəlif məkanda təxminən orta tamaşaçı iştirakı 81 faiz olub. Əlavə 12 min bilet satmışdıq. 1600-ə yaxın idmançı və rəsmi nümayəndə artıq Azərbaycanı tərk edib. Bu gün 3 idman növü üzrə finallar keçiriləcək. Tədricən Tofiq Bəhramov adına Respublika stadionunu ənənəvi formasına qayıtmasını təmin edirik”.

 

Baş direktor qeyd edib ki, indiyə qədər yarışlardan bir idmançı kənarlaşdırılıb: “O da dopinqə görə olub. Bu isə Oyunlardan əvvəl baş verib. Başqa heç bir idmançı qovulmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar