[b]FİFA mundialın “11-liy”ini açıqladı[/b]
25 iyul 2018 14:10 (UTC +04:00)

[b]FİFA mundialın “11-liy”ini açıqladı[/b]

FİFA DÇ-2018-in final mərhələsinin rəmzi yığmasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum azarkeşlər arasında keçirdiyi səsvermə ilə “11-liy”i müəyyənləşdirib.

 

Maraqlıdı ki, heyətdə daha çox oyunçu ilə mübarizəni 1/4 finalda dayandıran Braziliya təmsil olunub. “Sambaçılar”dan üçün rəmzi yığmaya düşüb.

 

Belçika və Fransa hərəyə 2, Xorvatiya, Portuqaliya, İngiltərə və Uruqvay 1 oyunçu ilə təmsil olunub. Ümumilikdə ən çox səs toplayan isə Luka Modriç olub.

 

Qapıçı: Tibo Kurtua (Belçika);

müdafiəçilər: Dieqo Qodin (Uruqvay), Marselo (Braziliya), Tyaqo Silva (Braziliya), Rafael Varan (Fransa);

yarımmüdafiəçilər: Filippe Koutinyo (Braziliya), Kevin De Brёyne (Belçika), Luka Modriç (Xorvatiya);

hücumçular: Harri Keyn (İngiltərə), Kilian Mbappe (Fransa), Kriştianu Ronaldo (Portuqaliya). 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

ApaSport TV

Oxşar yazılar