“Neftçi” – “Şalke” matçı canlı yayımlanacaq
25 iyul 2017 19:43 (UTC +04:00)

“Neftçi” – “Şalke” matçı canlı yayımlanacaq

0

Təlim-məşq toplanışının Avstriya mərhələsinə start verən “Neftçi” ilk yoxlama görüşünü “Şalke”yə qarşı keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar Bundesliqa təmsilçisi ilə sabah üz-üzə gələcək.

 

Gelzenkirhenlilərlə yoxlama görüşünü azarkeşlər canlı izləmək imkanına malik olacaqlar. Belə ki, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Oyun Almaniyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar