“Liverpul” 40 milyon avroya ermənistanlı futbolçu alır
26 aprel 2013 10:25 (UTC +04:00)

“Liverpul” 40 milyon avroya ermənistanlı futbolçu alır

İngiltərənin “Liverpul” klubu Ermənistan milli komandasının və Ukrayna “Şaxtyor”unun futbolçusu Henrik Mxitaryanı almağa hazırlaşır. Lent.az-ın “Calciomercato” nəşrinə istinadən verdiyi məlumata görə, transfer haqqı 40 milyon avro təşkil edə bilər.

 

24 yaşlı yarımmüdafiəçi Luis Suaresin əvəzedicisi kimi göstərilib. Uruqvaylı futbolçunu satmaq istəyi onun İngiltərə Premyer Liqasının 34-cü turunda “Çelsi” ilə matçdakı intizamsızlığından sonra yaranıb. 26 yaşlı Suares rəqib müdafiəçi Branislav İvanoviçi dişləyib. Ona 10 oyunluq cəza verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Oxşar yazılar