Qurban Qurbanov qol vurdu,  "Neftçi" qələbə qazandı
01 may 2022 21:57 (UTC +04:00)

Qurban Qurbanov qol vurdu, "Neftçi" qələbə qazandı

Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə "Neftçi"nin mərhum prezidenti Aqil Paşayevin 75 illiyi münasibəti ilə yoldaşlıq görüşü keçirilib. 

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın veteranları ilə idman jurnalistlərindən ibarət komandaların dostluq görüşü Aqil Paşayevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra oyunun baş hakimi, FİFA referisi Tahir Süleymanov start fitini verib. 

1999-cu ildə Aqil Paşayevin prezidentliyi dövründə Azərbaycan kubokunu qazanmış "Neftçi"nin" sarı-qara" forması ilə veteranlar komandasının heyətində Elxan Həsənov, Emin Ağayev, İqor Getman, Rəşad Sadıqov, Samir Abbasov, Elmar Baxşiyev, Mahmud Qurbanov, Ceyhun Sultanov, Qurban Qurbanov, Nazim Süleymanov, Bəxtiyar Musayev, Vadar Nuriyev, Mehman Yunusov, Seymur Rəhimov, Aftandil Hacıyev, Samir Əliyev, Zaur İsmayılov, Rəşad Abdullayev kimi tanınmış veteranlar, futbolumuzun canlı əfsanələri meydana çıxıb. 

"Neftçi"nin" ağ-qara" rəngli forması ilə “AİJA Media”  komandasının heyətində isə Ramiz Mirzəzadə, Emin Abbasov, Asəf Zeynallı, Tural Məmmədli, Səbuhi Səfiyarlı, Mahal Məmmədov, Teymur Maqsudov, Sərxan Abışov, Fərid Ramazanov, Gündüz Abbaszadə, Ümid Süleymanov, İsmayıl Abdullayev, Xanoğlan İmanov, Mehman Rəsulov, Ramin Allahverdiyev, Faiq Tahirov, Elvin Rüstəmov, Kənan Həsənov oynayıb. 
"Neftçi"yə Nazim Süleymanov, AİJA Mediaya Ceyhun Əliyev baş məşqçilik edib.

Gərgin mübarizə şəraitində keçə oyun 3:2 hesabı ilə "Neftçi" veteranlarının qələbəsi ilə yekunlaşıb. 

FİFA referisi Tahir Süleymanov, Sabir Hacıyev və Azad Hüseynovdan ibarət hakimlər briqadasının idarə etdiyi oyunda "Neftçi"də komandanın oynayan baş məşqçisi və kapitanı Nazim Süleymanov, Qurban Qurbanov və Samir Əliyev, "AİJA Media"da isə Xanoğlan İmanov və İsmayıl Abdullayev fərqlənib. Xüsusən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qolu baxımlı alınıb.

Oyunun sonunda "AİJA Media" nın kapitanı, Vətən müharibəsinin qalib baş leytenantı Mahal Məmmədov penalti zərbəsindən istifadə edə bilməyib. 

# 6600
avatar

Oxşar yazılar