PSJ-nin baş məşqçisi Mbappenin klubdan çıxmasını təsdiqlədi
06 mart 2024 09:54 (UTC +04:00)

PSJ-nin baş məşqçisi Mbappenin klubdan çıxmasını təsdiqlədi

PSJ-nin baş məşqçisi Luis Enrike Paris və Fransa millisinin hücumçusu Kilian Mbappe haqda danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, baş məşqçi artıq Mbappenin əvəzinə digər oyunçulardan bəhrələnmək istədiyini dilə gətirib:

“Görünür, Kilian Mbappenin PSJ-də yaxın gələcəyi olmayacaq, ona görə də biz digər oyunçularla taktikanı sınaqdan keçirməli olacağıq”.

Xatırladaq ki, 25 yaşlı Kilian Mbappenin “Real Madrid”lə müqavilənin son detallarını razılaşdırdığı bildirilib. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Los Blancos yaxın həftələrdə Mbappenin transferini başa çatdırmaq istəyir, lakin onun transferini yalnız mövsüm bitdikdən sonra elan edəcək.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 34 oyun keçirib, 34 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3475

Oxşar yazılar

PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

31 may 2025 , 22:08
"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon  verir

"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon verir

31 may 2025 , 16:04
Dövrün ən güclü boksçularının  adını çəkdi

Dövrün ən güclü boksçularının adını çəkdi

31 may 2025 , 11:37
Qvardiola niyə özbək oyunçunu meydana buraxmır?  - Səbəbi bu imiş...

Qvardiola niyə özbək oyunçunu meydana buraxmır? - Səbəbi bu imiş...

31 may 2025 , 09:42
"Fənərbaxça" Duşan Tadiçlə  yollarını ayırdı

"Fənərbaxça" Duşan Tadiçlə yollarını ayırdı

30 may 2025 , 21:42
“Liverpul” bu futbolçu üçün 130 milyon  verir

“Liverpul” bu futbolçu üçün 130 milyon verir

30 may 2025 , 19:52
“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

30 may 2025 , 17:42