“Fiorentina”nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını İspaniya çempionatında davam etdirmək qərarına gəlib.
Lent.az bildirir ki, “Foot Mercato”nun jurnalisti Santi Aunanın sözlərinə görə, Amrabat “Liverpul” və “Tottenhem”in təkliflərinə baxmayaraq karyerasını “Atletiko”da davam etdirməyə üstünlük verib.
İspaniya klubu 26 yaşlı futbolçunun transferi ilə bağlı “Fiorentina” ilə hələlik razılığa gələ bilməyib.