Azərbaycan güləşçisi Avropa çempionu  oldu
12 iyul 2026 01:54 (UTC +04:00)

Azərbaycan güləşçisi Avropa çempionu oldu

0

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransa təmsilçisi Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.

Muhəmməd İsmayılov (57 kiloqram), Bəşir Verdiyev (65 kiloqram) və Fərhad Süleymanlı (97 kiloqram) isə 3-cü yeri tutublar.

Bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Camal Abbasov (61 kiloqram), Nurlan Ağazadə (74 kiloqram) və Yusif Dursunov (125 kiloqram) finalda, Məhəmməd Abbaszadə (86 kiloqram) və Hüseyn Məmmədtağızadə (92 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar