Yağlı güləş yağlı davaya çevrildi
10 avqust 2009 13:15 (UTC +04:00)

Yağlı güləş yağlı davaya çevrildi

Türkiyənin Muğla vilayətinin Fəthiyə rayonunda keçirilən 9-cu yağlı güləş çempionatı dava-dalaşla yadda qalıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, güləşçilərin bədənlərini zeytunla yağlayaraq, güləşməyə başladıqları bu yarışmada pəhləvanlardan ikisi mübahisə edib, sonra da dalaşmağa başlayıb.
Davaya bədənləri yağlı olan digər güləşçilər də qarışıb. Tədricən davanın miqyası genişlənib və yarışa baxanların da bir qismi dalaşanlar sırasına daxil olub. Münaqişə zamanı daş və dəyənəklərdən də istifadə olunub.
Polis dava-dalaş iştirakçılarını böyük çətinliklə bir-birindən ayıraraq sakitləşdirə bilib. Yaralananlara həkimlər tibbi yardım göstəriblər.
Bu dava-dalaşı yarışmaya baxmağa gələn CHP-nin Muğladan seçilmiş millət vəkili Fevzi Topuz, Fəthiyə bələdiyyəsinin sədri və digərləri də izləyiblər.
# 1159

Oxşar yazılar