Xətaidə yaşayış binasında yanğın söndürüldü-VİDEO -YENİLƏNİB
07 iyul 2024 18:23 (UTC +04:00)

Xətaidə yaşayış binasında yanğın söndürüldü-VİDEO-YENİLƏNİB

Xəbər verildiyi kimi, Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən  Lent.az-a verilən xəbərə görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

saat 18.07

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Lent.az-a  FHN-dən xəbər verilib.

***

saat 18.00

Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 17.34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xətaidə yaşayış binasında yanğın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5079

Oxşar yazılar

Azərbaycanın axtardığı iki nəfər Avropada tutuldu - YENİLƏNİB

Azərbaycanın axtardığı iki nəfər Avropada tutuldu - YENİLƏNİB

13 iyun 2025 , 16:58
Rusiya onları həbs edib Azərbaycana verdi

Rusiya onları həbs edib Azərbaycana verdi

13 iyun 2025 , 15:26
Ər-arvad binadan yıxıldı,  qadın öldü

Ər-arvad binadan yıxıldı, qadın öldü

13 iyun 2025 , 14:49
Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

13 iyun 2025 , 14:21
Beş uşaq evdə diri-diri  yandı

Beş uşaq evdə diri-diri yandı

13 iyun 2025 , 13:16
Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49