Zəlzələ zamanı Kürdəmirdəki məcburi köçkünlərin yaşadığı bina qəzalı vəziyyətə düşüb
10 fevral 2014 21:05 (UTC +04:00)

Zəlzələ zamanı Kürdəmirdəki məcburi köçkünlərin yaşadığı bina qəzalı vəziyyətə düşüb

Fevralın 10-da baş verən zəlzələ zamanı Kürdəmir rayonunda da yaşayış binalarına ziyan dəyib.

 

APA-nın məlumatına görə yer titrəyişi nəticəsində Kürdəmir rayon Peşə Liseyinin iki beşmərtəbəli yataqxanası qəzalı vəziyyətə düşüb. Köhnə və uzun illər təmir edilməyən binalar zəlzələdən sonra yaşayış üçün daha da təhlükəli olub.

     

Beş rayondan 170 məcburi köçkün ailəsinin yaşadığı bu binaların divarlarında çatlar əmələ gəlib. Binalara rayon fövqəladə hallar komissiyasının və Kürdəmir rayon İcra Hakimiyyətinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsinin nümayəndələri baxış keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1552

Oxşar yazılar