Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İrana rəsmi səfər edəcək.
Bu barədə APA-ya eksklüziv olaraq diplomatik mənbələrdən məlumat daxil olub.
Müdafiə nazirinin Tehrana səfəri martın 25-nə planlaşdırılır və üç gün davam edəcək.
Səfər çərçivəsində iki ölkə arasında hərbi və hərbi-texniki əlaqələrin perspektivləri müzakirə olunacaq.