Yol qəzasında yaralanan qadınla kişi öldü
14 oktyabr 2016 17:04 (UTC +04:00)

Yol qəzasında yaralanan qadınla kişi öldü

0

Azərbaycanda yol qəzasında yaralanan iki nəfər ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 30-da Abşeron rayonu ərazisində Bakı şəhər sakinləri Fərid Muradovun idarə etdiyi “Mercedes” və Mircamal Talıbzadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Sonradan “Mercedes” markalı avtomobil yolu keçən Neftçala rayon sakini Adilə İbrahimovaya dəyib. Xəstəxanaya yerləşdirilmiş A.İbrahimova oktyabrın 13-də orada ölüb.

 

Bunda başqa oktyabrın 4-də Qəbələ rayonunun Mirzəbəyli kəndində Qax şəhər sakini Ramin Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Sərxan Gözəlovu vurub. Xəstəxanaya yerləşdirilmiş S.Gözəlov oktyabrın 13-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar