Yerevanda qarajdan 3 nəfərin meyiti tapıldı
15 yanvar 2017 17:05 (UTC +04:00)

Yerevanda qarajdan 3 nəfərin meyiti tapıldı

Yanvarın 15-də Yerevanda 3 gəncin meyiti aşkarlanıb. Lent.az modern.az-a istinadən xəbər verir ki, səhər saat 10-da polisə xəstəxanadan Nazarbekyan küçəsindən 22 yaşlı kişinin meyitinin gətiriləməsi haqda məlumat daxil olub.

 

Həmin yerə gələn polislər daha iki nəfərin meyitini aşkar ediblər.

 

Onlar qarajda saxlanılan avtomobilin içərisində olublar. İstintaq gedir. Ölənlərin şəxsiyyətləri hələ ki, dəqiqləşdirilməyib.

 

İlkin məlumata görə, onlar dəm qazından boğulublar. Ölənlərdən ikisinin qardaş olduğu, birinin xiasedici işlədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar