Müdafiə sənayesi nazir Yavər Camalov Ukraynanın “Ukrsrecexrort” şirkətinin baş direktoru Aleksandr Kovalenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Nazir Yavər Camalov Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Ukrsrecexrort” şirkəti arasında mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş müzakirələr aparılıb.
Aleksandr Kovalenko səmimi qəbula görə minnətdarlığını bildirib.