FHN Xırdalandakı yanğınla bağlı məlumat yaydı
28 fevral 2014 15:22 (UTC +04:00)

FHN Xırdalandakı yanğınla bağlı məlumat yaydı

0

Bu gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 21 kv.m sahədə yanıb. Yanğın zamanı dördüncü mərtəbədəki  mənzildən 3-ü azyaşlı olmaqla 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və binadan 20 nəfər sakin təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 699

Oxşar yazılar