Xırdalanda bıçaqlanma
10 may 2017 06:13 (UTC +04:00)

Xırdalanda bıçaqlanma

0

Abşeron rayonunda gənc naməlum şəraitdə bıçaqlanıb. APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhər bazarının yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Həsənzadə Zahid Mahir oğlu axşam saatlarında evinə gedərkən tanımadığı şəxs (və ya şəxslərlə) mübahisə edib. Nəticədə Z.Həsənzadəyə iki bıçaq xəsarəti yetirilib. Yaralını 1 saylı şəhər xəstəxanasına hadisə şahidləri çatdırıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

 

Faktı Abşeron polisi araşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar