Xəzərdə 5 balıqçı itkin düşüb
25 mart 2014 22:01 (UTC +04:00)

Xəzərdə 5 balıqçı itkin düşüb

0

Siyəzən rayonunda  5 nəfər balıqçı itkin düşüb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

 

Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.

Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

 

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 948

Oxşar yazılar