264 saylı məktəbdə ciddi yanğın hadisəsi olmayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Lent.az-a bildirib ki, məktəbin zirzəmisində tüstülənmə olub. Yanğınla bağlı məktəbə yanğınsöndürən maşın göndərilib. O vaxta kimi məktəbin əməkdaşları yanğını artıq özləri söndürüblər".
***
12:44
Bakının Xətai rayonunda yerləşən 264 nömrəli məktəb-liseydə yanğın baş verib.
Lent.az-ın məlumatına görə, yanğın məktəbin bufetindən başlayıb. Məktəbin aşağı mərtəbəsindəki bir sıra otaqlara da zərər dəyib.
Hadisənin məktəbdəki elektrik xətlərində yaşanan qısaqapanmadan törəndiyi bildirilir.