Abşeron rayon sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədli Nihad Nazim oğlu Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi ilə əlaqə yaradaraq bildirib ki, bir neçə gün əvvəl Elnur adlı tanışı ona viza düzəldəcəyini söz verərək 1000 manat alıb. Lakin həmin şəxs verdiyi vədə əməl etməyərək dələduzluq edib.
Araşdırma aparılır.