Ukraynadakı ruslardan Putinə petisiya
01 mart 2014 15:51 (UTC +04:00)

Ukraynadakı ruslardan Putinə petisiya

 

 

Ukraynanın rusdilli əhalisi və milliyyətcə rus olan vətəndaşları Rusiya prezidenti Vladimir Putinə petisiya ünvanlayıblar.


 

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, onlar Putindən Ukraynanın daxili işlərinə qarışmamağı xahiş ediblər.

 

Avaaz.org saytında yerləşdirilən petisiyaya artıq 34 min nəfər səs verib. Ümumilikdə isə 50 min imza toplanması nəzərdə tutulur. 

 

“Biz etnik ruslar və Ukraynanın rusdilli vətəndaşları maraqlarımızın digər dövlətlər tərəfindən müdafiəsinə ehtiyac duymuruq. Dəstəyinizə görə minnətdarıq, lakin diqqətinizə çatdırmaq istəyirik ki, bizi Ukraynada heç kim və heç vaxt satmayıb”, - deyə sənəddə vurğulanıb.

 

Petisiyaya imza atanlar həmçinin Putindən Ukraynanın daxili işləri ilə bağlı məsələni Rusiyanın dövlət səviyyəsinə qaldırmamağı xahiş edib.

 

“Xüsusən də sizin gördüyünüz, lakin bizim görmədiyimiz münaqişənin həlli üçün Ukraynaya qoşun yeritmək lazım deyil. Anlayışa görə təşəkkürlər”, - deyə sənəddə qeyd olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432
avatar

Oxşar yazılar