Ucardakı qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşib - <span style="color:red;">YENİLƏNİB
07 fevral 2014 10:37 (UTC +04:00)

Ucardakı qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Ucarda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib. Bunlar  VAZ 2104-ün sürücüsü Ucar rayon Bərşad kənd sakini 53 yaşlı Məcidov Əmiraslan Rəhim oğlu, “Mersedes”in sürücüsü Ağdam rayon sakini 33 yaşlı Rzayev İbrahim Hidayət oğlu, sərnişinlər Ağdam rayon sakinləri 63 yaşlı Əmirov Məhərrəm Vaqif oğlu və 63 yaşlı Muradov Vaqif Məhərrəm oğludur. Ucar rayon mərkəzi xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, sərnişin V.Əmirovun vəziyyəti ağırdır. Digər 3 yaralının vəziyyəti orta stabildir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992

Oxşar yazılar