Üç maşın bir-birinə çırpıldı, biri aşdı - <span style="color:red;">YENİLƏNİB
02 mart 2014 22:18 (UTC +04:00)

Üç maşın bir-birinə çırpıldı, biri aşdı - YENİLƏNİB

Bu gün axşam saatlarında Bakının Hövsan qəsəbəsi ərazisində zəncirvari yol qəzası baş verib.

 

APA-nın xəbərinə görə, Tahir Sahibovun idarə etdiyi "Tofaş" markalı, 90 SM 436 dövlət nömrə nişanlı avtomobil iki avtomaşına çırpıldıqdan sonra aşıb. "Tofaş" Hövsan qəsəbəsinə doğru hərəkətdə olarkən qarşıdan gələn 90 NM 098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtombillə toqquşub. Toqquşmadan sonra "Tofaş"ın sürücüsü idarəetməni itirib və BMW markalı başqa bir avtomobilə çırpıb. Nəticədə "Tofaş" yol kənarındakı yarğana aşıb. BMW markalı avtomaşın isə hadisə yerini tərk edib.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2780
avatar

Oxşar yazılar