Türkiyə Böyük Millət Məclisinin Daxili İşlər Komissiyası ölkənin Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı qanunu müzakirə edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kəşfiyyat Xidmətinin vəzifə və fəaliyyətlərinə aid olan məlumat və sənədlərin kütləvi informasiya vasitələrində yayılması ilə bağlı veriləcək cəzaların müzakirəsi mübahisəsiz ötüşməyib. CHP və MHP-dən olan millət vəkilləri veriləcək cəzaların ağır olduğunu bildiriblər.
AKP millət vəkillərinin təklifləri ilə nəzərə alınmaqla qanuna dəyişiklər edilib.
Beləliklə Kəşfiyyat Xidmətinin aid sənədləri icazəsiz yayan şəxslərə dörd ildən on iki ilə qədər həbs cəzası veriləcək.