Türkiyə hava məkanında həyəcan: Ruslar qovuldu
04 mart 2014 18:07 (UTC +04:00)

Türkiyə hava məkanında həyəcan: Ruslar qovuldu

0

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi bu gün Qara dəniz üzərində Türkiyə hava məkanına çox yaxınlaşaraq ölkənin hava sərhədləri boyu paralel uçuş həyata keçirməyə cəhd göstərib. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı insident barədə rəsmi məlumat yayıb.


 

Baş Qərargahın açıqlamasında bildirilir ki, bu gün Rusiya Federasiyasına aid “İl-20” kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında Türkiyə hava məkanı ilə paralel uçuş həyata keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd “F-16” qırıcı-bombardmançı təyyarəsi dərhal havaya qaldırılıb. Türkiyə hərbi təyyarələrinin xəbərdarlığından sonra sərhəd pozucusu uzaqlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2296

Oxşar yazılar