Tümendən Bakıya gələn həmyerlimizin 40 min dolları müsadirə olundu
05 mart 2014 16:34 (UTC +04:00)

Tümendən Bakıya gələn həmyerlimizin 40 min dolları müsadirə olundu

Rusiyanın Tümen şəhərinin Kalinin rayon məhkəməsi Azərbaycan vətəndaşı olan 58 yaşlı qadın barəsində hökm çıxarıb. Lent.az-ın Ural Nəqliyyat Prokurorluğuna istinadən məlumatına görə, həmyerlimiz Gömrük İttifaqına daxil olan ölkənin hüdudlarından iri məbləğdə nağd pul vəsaitini qeyri-qanuni keçirməkdə günahkar bilinib.

 

İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, 2013-cü il avqustun 15-də Roşino Hava Limanının gömrük-keçid məntəqəsində Tümen – Bakı reysi ilə uçmaq istəyən Azərbaycan vətəndaşı 40 min dollardan çox pul vəsaitini gömrük sərhədindən keçirməyə cəhd edib. Amma o, gömrük bəyannaməsində bu barədə qeyd aparmayıb.

 

Gömrük qanunvericiliyinə əsasən, Gömrük İttifaqına daxil olan ölkənin gömrük sərhədindən yazılı bəyan etmədən 10 min dollardan çox vəsaitinin keçirilməsinə icazə verilmir. Bu səbəbdən, məhkəmə adı açıqlanmayan qadına bəyan etmədiyi pulları da müsadirə edilməklə, 30 min rubl cərimə kəsib. Hökm qanuni qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1889

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15