Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin girişində “VAZ 2106” və “KİA” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “VAZ”-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.