Futbol üzrə Topaz Premyer Liqasında qış fasiləsi başa çatır. Lent.az-ın məlumatına görə, həftəsonu III dövrəyə start veriləcək.
XIX tura fevralın 1-də Sumqayıtda eyniadlı komanda ilə “Qəbələ” arasındakı görüşlə start veriləcək. Autsayderlə yanaşı, lider “Qarabağ” da eyni gündə meydan sahibi qismində “Xəzər Lənkəran”ı sınağa çəkəcək.
Ertəsi gün ardıcıl 2 paytaxt derbisi baş tutacaq: “Bakı” “Rəvan”ı, “İnter” AZAL-ı qəbul edəcək. Bakıda keçiriləcək daha bir oyunda “Neftçi” “Simurq”la üz-üzə gələcək.
1 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Qəbələ”
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydan
17:00. “Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
2 fevral (bazar)
13:30. “Bakı” – “Rəvan” (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
15:30. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
Bakı, “Bakcell Arena”
17:00. “İnter” (Bakı) – AZAL (Bakı)
Bakı, “Şəfa” stadionu.