Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Q.Qarayev prospektindəki ticarət mərkəzində, orada satıcı işləyən Bakı şəhər sakini Əli Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Hüseyn Hüseynov tutulub. Ondan 1,098 qram heroin götürülüb.
Araşdırma aparılır.