Yataqxanadakı yanğında  22 nəfər zərər çəkib - <span style="color:red;">YENİLƏNİB
01 mart 2014 12:23 (UTC +04:00)

Yataqxanadakı yanğında 22 nəfər zərər çəkib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Tibb Universitetinin yataqxanasında baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub və yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

****

 

10:34

 

Azərbaycan Tibb Universitetinin yataqxanasında yanğın başlayıb.


 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində Tibb Universitetinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanında yerləşən yataqxanasında qeydə alınıb.

 

Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib. 

 

ATU-nun ATU-nun tədris şöbəsinin müdiri Nəsimi Qasımov isə Lent.az-a bildirib ki, yanğın Universitetin xarici tələbələr yaşayan yataqxanasında baş verib. Hadisə binanın balkonlarından birində başlayıb: “Hadisənin başvermə səbəbi hələlik bəlli deyil. Yanğın söndürülüb və xəsarət alan yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1714

Oxşar yazılar