Tanınmış tarixçi Eldar İsmayılov vəfat edib
10 mart 2014 22:54 (UTC +04:00)

Tanınmış tarixçi Eldar İsmayılov vəfat edib

0

Bakı Dövlət Universitetinin "Slavyan xalqları tarixi" kafedrasının professoru, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov 63 yaşında vəfat edib. 

 
Lent.az-ın məlumatına görə, E. İsmayılov martın 9-dan 10-na keçən gecə ürək tutmasından dünyasını dəyişib. O, martın 10-da Bakıdakı «Qurd Qapısı» qəbristanlığında dəfn edilib.
 

E. İsmayılov 1950-ci il marın 30-da Bakıda anadan olub.
 

1967-ci ildə Bakı Dövlət Universitetinin Tarixi Fakültəsinə daxil olub. 1971-ci ildə Moskva Dövlət Universitetinə köçürülüb, 1973-cü ildə oranı bitirib. 1973-1976-cı illərdə Moskva Dövlət Universitetində aspiranturanı oxuyub.

 

1977-ci ildə ömrünün sonunadək Bakı Dövlət Universitetində işləyib.

 

«Azərbaycan cəmiyyətinin  sosial strukturunda dəyişiklik (1967-1970)» mövzusunda doktorluq işini müdafiə edib.

 

1997-ci ildən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi adlı qeyri-hökumət təşkilatına da rəhbərlik edib. 

 

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1128

Oxşar yazılar