“Zülfüqarın vəziyyəti normaldır, durumu düzəlir. Komadan çıxıb. Həkimlər deyirlər, get-gedə düzələcək. Yaxşılığa doğru fikirlər bildirirlər”. Lent.az-ın məlumatına görə, bunu modern.az-a açıqlamasında tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun qardaşı Rəşad Əhmədzadə deyib.
Xatırladaq ki, Z. Rüfətoğlu şəkərinin yüksək həddə qalxması səbəbindən “Caspian Hospital” klinikasına yerləşdirilib. Orada müalicə alır.